Starmer yaxın vaxtlarda nazir postunu itirə bilər

Hazırda oxunan: Starmer yaxın vaxtlarda nazir postunu itirə bilər

595168

Böyük Britaniyanın baş naziri Kir Starmer yaxın bir həftə ərzində istefa verə bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb. Hakim Leyboristlər Partiyasındakı mənbələr jurnalistlərə bildiriblər ki, Starmer postunu qorumaq üçün keçmiş müavini Anjela Reynerə vəzifə təklif edə bilər.

Bundan başqa, o, öz yerinə krallığın enerji təhlükəsizliyi və karbon neytrallığı naziri vəzifəsini tutan Ed Milibendi də təyin edə bilər. Məqalədə qeyd olunur ki, Starmerin mövqeyinin zəifləməsi pedofiliyada ittiham olunmuş amerikalı maliyyəçi Ceffri Epşteynlə dostluğu ilə tanınan Piter Mandelsonun Böyük Britaniyanın ABŞ-dakı səfiri vəzifəsinə təyin edilməsi ilə bağlıdır.

Daha əvvəl məlum olmuşdu ki, Kir Starmer öz aparat rəhbəri Morqan Maksvinin Epşteyn qalmaqalı ilə əlaqəli şəkildə istefasından sonra yaxın vaxtlarda vəzifəsindən getdiyini elan edə bilər.

Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev bu faktı şərh edərək bildirib ki, “Starmerin gəmisi sürətlə boşalır” və onu Britaniya tarixində ən qeyri-populyar baş nazir adlandırıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin