Hindistan Sahil Mühafizəsi keçirdiyi əməliyyat zamanı İranla əlaqəli üç neft tankerinin ələ keçirildiyini bildirib.
Bizim.Media xəbər verir ki, məlumatı "Azad İran" "Telegram" kanalı İran mediasına istinadən yayıb.
Məlumata görə, Hindistan gəmiləri beynəlxalq sanksiyaları pozan və qanunsuz neft qaçaqmalçılığı ilə məşğul olan üç tankeri saxlayıblar. Yerli media bu tankerlərin eyni şirkətə məxsus olduğunu və 2025-ci ildə ABŞ tərəfindən sanksiyalar siyahısına salındığını qeyd edib.
Bununla yanaşı, "TankerTrackers" analitik platforması Hindistan tərəfindən saxlanılan tankerlərin ABŞ-nin sanksiya siyahısında olan "Stellar Ruby", "Al Jafzia" və "Asphalt Star" adlı gəmilər olduğunu açıqlayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
20:38 / 08.02.2026
Hindistan İrandan neft daşıyan tankerləri ələ keçirdi
Hazırda oxunan: Hindistan İrandan neft daşıyan tankerləri ələ keçirdi
Hazırda oxunan: Hindistan İrandan neft daşıyan tankerləri ələ keçirdi
595131
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































