Misir Daxili İşlər Nazirliyi tərəfindən iri həcmdə narkotik maddə qaçaqmalçılığı cəhdinin qarşısı alınıb. Süveyş vilayətində xüsusilə təhlükəli cinayətkar dəstə zərərsizləşdirilib.
Bizim.Media yerli mediaya istinadla xəbər verir ki, əməliyyat nəticəsində ümumi dəyəri 5 milyon dollara yaxın 3 ton narkotik maddə (2 ton hidro (THC), 1 ton həşiş) müsadirə olunub.
Əməliyyat Narkotiklərlə Mübarizə Sektorunun nazirliyin digər qurumları ilə koordinasiyalı şəklində apardığı dəqiq məlumatlar və intensiv əməliyyat-axtarış tədbirləri əsasında başlayıb. Araşdırmalar cinayətkarların hidro və həşiş narkotiklərinin böyük həcmdə gətirilməsini planlaşdırdıqlarını, onların saxlanılması və sonradan paylanması üçün Süveyşi mərkəz seçdiklərini təsdiqləyib.
Qanuni prosedurlar tamamlandıqdan və Baş Prokurorluğun icazəsi alındıqdan sonra təhlükəsizlik orqanları dəstə üzvlərinin hərəkətlərini izləmək üçün dəqiq plan hazırlayıb və qüvvələr şübhəliləri cinayət başında yaxalayaraq saxlayıblar.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:14 / 08.02.2026
Bu ölkədə 3 ton narkotik maddə müsadirə olundu
Hazırda oxunan: Bu ölkədə 3 ton narkotik maddə müsadirə olundu
Hazırda oxunan: Bu ölkədə 3 ton narkotik maddə müsadirə olundu
595117
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































