Yeni növ virus Ukraynada da tapıldı

Hazırda oxunan: Yeni növ virus Ukraynada da tapıldı

5951

Ukraynada koronavirusun mutasiyaya uğramış yeni növü aşkarlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə yoluxucu xəstəliklər üzrə həkim Viktor Petrov məlumat verib.

Bildirib ki, “B.1.1.7 SARS-CoV-2” virusu Çexiyadan Ukraynanın Zakarpatya bölgəsinə gələn vətəndaşda aşkarlanıb:

“Xəstənin adı Nikolaydır və onda yeni virus aşkarlanıb. Bu virus qrip və Hepatit C xəstəliyi kimi sürətlə yayılır”, - deyə Petrov qeyd edib.

Qeyd edək ki, mutasiyaya uğramış yeni növ virus indiyədək İngiltərə, Danimarka, Niderland, Avstraliya, Cənubi Afrika və İtaliyada aşkar edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin