SON DƏQİQƏ: Rusiya ordusu 3 istiqamətdə irəlilədi

Hazırda oxunan: SON DƏQİQƏ: Rusiya ordusu 3 istiqamətdə irəlilədi

595093

Ukraynadakı hərbi əməliyyatları aktiv izləyən "DeepState" monitorinq qrupu cəbhə xəttindəki son vəziyyətlə bağlı narahatlıq doğuran məlumatlar yayıb.

Bizim.Media xəbər verir ki, Rusiya qoşunları şərq cəbhəsinin strateji əhəmiyyətli bir neçə məntəqəsində irəliləməyə nail olublar.

Məlumata görə, işğalçı qüvvələr hazırda üç əsas istiqamətdə aktivliyini artırıb:

Rusiya bölmələri Yampol yaşayış məntəqəsi yaxınlığında mövqelərini genişləndirib. Bu ərazi hər iki tərəf üçün strateji keçid məntəqəsi hesab olunur.

Slavyansk istiqamətində, Bondarnoye kəndi ətrafında rusların irəliləyişi qeydə alınıb. Bu, Slavyansk şəhərinə gedən müdafiə xətləri üçün birbaşa təhlükə yaradır.
 

Konstantinovka ətrafında ən ciddi aktivliklərdən biri də Stepanovka kəndi yaxınlığında müşahidə olunur. Buradakı irəliləyiş Rusiyaya logistik qovşaq olan Konstantinovkaya təzyiqi artırmaq imkanı verir.


Hərbi ekspertlər bildirirlər ki, Rusiya ordusu fevral ayı ərzində hücum tempini maksimuma çatdıraraq, Ukraynanın müdafiə sədlərini müxtəlif nöqtələrdən yarmağa çalışır. Ukrayna Silahlı Qüvvələri isə bu istiqamətlərdə ağır döyüşlərin getdiyini və düşmənin canlı qüvvə üstünlüyündən istifadə etdiyini bildirib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin