Misir qapılarını HƏMAS-ın üzünə bağladı

Hazırda oxunan: Misir qapılarını HƏMAS-ın üzünə bağladı

59483
İsraillə Fələstin arasında bazar ertəsi Misirdə keçiriləcək müzakirələr təxirə salınıb.
 
Məlumata görə, HƏMAS sözçüsü Fəvzi Bərhum verdiyi açıqlamasında Sinada baş verən hadisələr səbəbindən görüşlərin təxirə salındığını deyib.
 
Rifah Sərhəd məntəqəsinin bağlanılması səbəbiylə HƏMAS heyətinin Misirə gedə bilməyəcəyini deyən təşkilat rəsmisi təşkilatın bu qərarını anlayışla qarşıladığını bildirib.
 
Yeni müzakirələrin hansı tarixdə baş tutacağı barədə məlumat verməyən HƏMAS sözçüsü Misir tərəfinin hadisə ilə bağlı açıqlama vermədiyini bildirib.
 
Xatırladaq ki, Şimali Sinada ötən gün iki təhlükəsizlik nöqtəsinə təşkil edilən bombalı hücumda 30 əsgər həyatını itirmiş, 31 adam yaralanmışdı. Prezident Abdulfəttah əs-Sisi bunun ardından "terror problemini kökündən həll etmək üçün" Qəzza sərhədində möhkəm təhlükəsizlik tədbirləri alınacağını açıqlamışdı. Misir bu çərçivədə ikinci bir qərarla Rifah Sərhəd məntəqəsini bağlamışdı.(axar.az)


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin