Uitkoff Əbu-Dabi görüşünün təfərrüatlarını AÇIQLADI

Hazırda oxunan: Uitkoff Əbu-Dabi görüşünün təfərrüatlarını AÇIQLADI

594727

Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff ABŞ, Rusiya və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə keçirilən üçtərəfli danışıqların növbəti raundunun yekunlarına dair məlumat yayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Stiv Uitkoff "X" hesabında paylaşım edib. O bildirib ki, görüş zamanı atəşkəs rejiminin həyata keçirilməsi müzakirə edilib.

Uitkoff qeyd edib ki, görüş konstruktiv keçib: “İki gün ərzində nümayəndə heyətləri açıq qalan məsələlər üzrə geniş müzakirələr aparıb. Bunlara atəşkəsin təmin olunması və hərbi fəaliyyətin dayandırılmasına nəzarət mexanizmləri də daxildir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin