Rusiya Xarici İşlər naziri Sergey Lavrov Moskvada Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşündə bildirib ki, Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli sazişlər “Cənubi Qafqazda nəqliyyat məsələlərinin həllinə imkan verir.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb.
“2020–2022-ci illərdə Rusiya və Azərbaycan prezidentləri, eləcə də Ermənistanın baş naziri səviyyəsində əldə edilmiş bütün razılaşmalar, bizim fikrimizcə, əsasən bölgədə iqtisadi, nəqliyyat və logistika məsələlərinin həlli üçün aktuallığını qoruyur. Ermənistan bu qərarlardan əhəmiyyətli fayda əldə etməlidir və bütün regionun vahid bütöv kimi normal fəaliyyət göstərməsi üçün bütün əngəllər aradan qaldırılmalıdır”, – Lavrov Moskvada Ermənistan parlamentinin spikeri Alen Simonyanla görüşdə bildirib.
Lavrov əlavə edib ki, Rusiya Ermənistanın “müstəqil və suveren ölkə” olmasında maraqlıdır.
“Biz dəfələrlə demişik ki, Ermənistanın öz suveren seçimi var. Biz maraqlıyıq ki, Ermənistan suveren, güclü, müstəqil olsun”, – Lavrov qeyd edib.
Simonyan isə bildirib ki, İrəvan və Bakı sülh prosesində xeyli irəliləyiblər.
“Biz artıq Azərbaycanla, sözün yaxşı mənasında çox irəli getmişik və sülh müqaviləsinin real imzalanması artıq nəzərdə tutulur, bu isə bizim üçün çox vacibdir, gələcək üçün əhəmiyyətlidir”, – deyə Simonyan vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
17:24 / 05.02.2026
Simonyandan Lavrova: “Biz Azərbaycanla, sözün yaxşı mənasında çox irəli getmişik”
Hazırda oxunan: Simonyandan Lavrova: “Biz Azərbaycanla, sözün yaxşı mənasında çox irəli getmişik”
Hazırda oxunan: Simonyandan Lavrova: “Biz Azərbaycanla, sözün yaxşı mənasında çox irəli getmişik”
594682
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































