Kahramanmaraşda “Azərbaycan məhəlləsi”nin tikintisi tamamlandı - FOTO

Hazırda oxunan: Kahramanmaraşda “Azərbaycan məhəlləsi”nin tikintisi tamamlandı - FOTO

594671

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən Türkiyənin Kahramanmaraş vilayətində inşa edilən “Azərbaycan məhəlləsi”nin tikintisi başa çatdırılıb.

Bizim.Media xəbər verir ki, məhəllənin 4 kvartalında 26 bina, 456 mənzil və 328 qeyri-yaşayış obyekti inşa edilib.

Mədəniyyət mərkəzinin tikintisinin isə bir il ərzində tamamlanması planlaşdırılır.

Ümumilikdə 27,6 hektar ərazini əhatə edən “Azərbaycan məhəlləsi”ndə 68 yaşayış binası olmaqla 1194 mənzil, 1595 qeyri-yaşayış obyekti, ibtidai məktəb, uşaq bağçası istifadəyə verilib

Qeyd edək ki, 2023-cü il aprelin 29-da Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçasının təməli qoyulub. Layihə ilə bağlı əməkdaşlıq sazişi isə 2023-cü il sentyabrın 25-də Naxçıvanda imzalanıb.

2024-cü il sentyabrın 11-də Heydər Əliyev adına ibtidai məktəb və uşaq bağçasının açılışı keçirilib.

2025-ci il iyunun 19-da Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Azərbaycan məhəlləsi”nin rəsmi açılışı olub və mənzillərin açarları sakinlərə təqdim edilib.

İnşası başa çatdırılan digər mənzillərin isə fevralın 6-da təqdim edilməsi nəzərdə tutulur. (Apa.az)





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin