Simonyanla Lavrov arasında GƏRGİN SÖHBƏT – VİDEO

Hazırda oxunan: Simonyanla Lavrov arasında GƏRGİN SÖHBƏT – VİDEO

594657

Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanın xarici işlər naziri Sergey Lavrov qarşısında İrəvanın xarici siyasət kursu ilə bağlı izahat verməli olub. Görüş gərgin atmosferdə keçib.

Bizim.Media xəbər verir ki, görüş zamanı Simonyan bildirib ki, Ermənistan Moskvanın əleyhinə heç bir addım atmayıb və atmaq niyyətində də deyil.

Onun sözlərinə görə, Ermənistanda Rusiyanı düşmən kimi qəbul etmək yanaşması “yoxdur və olmayacaq”. Simonyan vurğulayıb ki, mövcud münasibətlər fonunda belə bir mövqe düzgün olmazdı.

Bununla yanaşı, parlament sədri etiraf edib ki, İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı hələ də cavabsız qalan sualları var. Eyni zamanda, Ermənistan hakimiyyətinin Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmağı zəruri hesab etmədiyi qeyd olunub.

Cavabında Sergey Lavrov xatırladıb ki, Avropa İttifaqına üzvlük Avrasiya İqtisadi İttifaqında iştirakla uyğun gəlmir. O əlavə edib ki, Rusiya Ermənistanın edəcəyi seçimi hörmətlə qarşılayacaq.
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin