Türkiyəyə məxsus təyyarə göydə ALOVLANDI

Hazırda oxunan: Türkiyəyə məxsus təyyarə göydə ALOVLANDI

594614

Türk Hava Yollarına məxsus Airbus A330-303 təyyarəsi mühərrik problemi səbəbindən Hindistanda təcili eniş edib.

Bizim.Media Ajans.az-a istinadən xəbər verir ki, hadisə 4 fevral çərşənbə günü Nepalın Katmandu şəhərindən Türkiyənin İstanbul şəhərinə uçan təyyarədə baş verib.

Təyyarədə 225 sərnişin və 11 heyət üzvü olub. Qalxdıqdan dərhal sonra sağ mühərrikdə alov müşahidə edilib. Pilot dərhal Hindistanın Kalkutta hava nəqliyyat idarəsini xəbərdar edib və təyyarənin istiqamətini dəyişdirib.

Təxminən 10 dəqiqə sonra təyyarə Netaji Subhash Chandra Bose Beynəlxalq Hava Limanına təhlükəsiz eniş edib. Göyərtədəki bütün 236 nəfər problemsiz şəkildə təxliyə olunub. Hazırda təyyarə Kalkuttada saxlanılır və mütəxəssislər mühərrik nasazlığının səbəbini araşdırırlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin