ABŞ-ın vitse-prezidenti Cey Di Vens Avropanın Ukrayna məsələsində və Vaşinqtonla münasibətlərdə yürütdüyü "ikiüzlü" siyasəti ifşa edən qalmaqallı bəyanatla çıxış edib.
Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV yazıb.
Vitse-prezidentin sözlərinə görə, Avropa rəsmiləri şəxsi görüşlərdə amerikalı tərəfdaşlarına qarşı olduqca mehriban davranır və demək olar ki, bütün məsələlərdə Vaşinqtonun şərtləri ilə razılaşırlar:
“Lakin həmin liderlər kameralar qarşısına keçdikdə tamamilə fərqli obraz yaradaraq, "biz amerikalılarla işləməyəcəyik, heç bir şərtlə razı deyilik",- deyə qışqıraraq ictimaiyyəti aldatmağa çalışırlar”.
Vens Avropa liderlərinin bu davranışını sərt şəkildə "boş söhbət" (fuflо) adlandıraraq qeyd edib ki, hazırda davam edən proseslərin — xüsusilə Əbu-Dabidəki sülh müzakirələrinin — necə yekunlaşacağı hər kəsə bəllidir və bu vəziyyət artıq öz məntiqi sonuna doğru irəliləyir.
Vitse-prezident əlavə edib ki, Avropanın guya ABŞ-a güzəştə getməməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və əslində, pərdəarxası razılaşmalar artıq əldə olunub.
Vens xüsusi olaraq vurğulayıb ki, yekun nəticə bəlkə Avropanı da qane edəcək, lakin ABŞ administrasiyası üçün ən vacib olan odur ki, proses məhz Birləşmiş Ştatların maraqlarına tam uyğun şəkildə sonlanacaq:
“Bu açıqlama Avropa paytaxtlarında ciddi narahatlıq yaradıb, çünki Vens faktiki olaraq müttəfiqlərin daxili auditoriya üçün dedikləri ilə masa arxasındakı real mövqeləri arasındakı uçurumu dünyaya nümayiş etdirib”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:26 / 05.02.2026
Vensdən Avropa liderlərinə ağır ittiham: "Üzümüzə gülürlər, arxamızca isə..."
Hazırda oxunan: Vensdən Avropa liderlərinə ağır ittiham: "Üzümüzə gülürlər, arxamızca isə..."
Hazırda oxunan: Vensdən Avropa liderlərinə ağır ittiham: "Üzümüzə gülürlər, arxamızca isə..."
594604
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































