Dubaydan Bakıya brilyant və qızılı qanunsuz gətirmək istədi - FOTO

Hazırda oxunan: Dubaydan Bakıya brilyant və qızılı qanunsuz gətirmək istədi - FOTO

594588

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları brilyant qaşların və qızıl-zinət əşyalarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.

Bu barədə Bizim.Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, Dubay-Bakı aviareysilə gələn Azərbaycan Respublikası vətəndaşının əl yükünə gömrük baxışı keçirilib və üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı həmin şəxsə məxsus çamadanın içərisində gizlədilən və gömrük orqanına bəyan edilməyən 12,745 karat brilyant qaşlar və ümumi çəkisi 13 qram olan qızıl-zinət əşyaları aşkarlanıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin