Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, İranla ABŞ arasındakı vəziyyət son dərəcə təhlükəlidir.
Bizim.Media xəbər verir ki, bu barədə o, Rusiya KİV-lərə açıqlamasında danışıb.
Onun sözlərinə görə, Rusiya tərəflərə özünü vasitəçi kimi sırımaq niyyətində deyil, lakin Yaxın Şərqdəki durum Moskva üçün biganə deyil.
“Hazırda biz İran, İsrail və ABŞ-a köməkçi kimi özümüzü sırımağa çalışmırıq. Onlarla təmaslarımızda sadəcə mövcud vəziyyəti müzakirə edirik. İran bizim yaxın tərəfdaşımız, qonşumuzdur. Hadisələrin necə inkişaf edəcəyi bizim üçün laqeyd deyil. Üstəlik, vəziyyət təkcə İran üçün deyil, bütövlükdə Yaxın və Orta Şərq üçün partlayış təhlükəsi daşıyır”, – deyə Lavrov vurğulayıb.
Nazir əlavə edib ki, bölgədə “gec partlayan minalar” həddən artıq çoxdur və onların üzərinə ehtiyatsız addım atılması kifayətdir ki, vəziyyət kəskinləşsin:
“Orada elə çox sayda gec partlayan mina var ki, sanki yalnız üzərinə ehtiyatsız ayaq basılmasını gözləyirlər. İranlılar da, israillilər də bilirlər ki, biz razılaşmaların icrasına töhfə vermək baxımından yenidən öz xidmətlərimizi təklif etməyə hazırıq. Ümid edirəm ki, bu razılaşmalar nə vaxtsa əldə olunanaq”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:46 / 05.02.2026
Lavrov: “İran–ABŞ münasibətlərində vəziyyət partlayış həddindədir”
Hazırda oxunan: Lavrov: “İran–ABŞ münasibətlərində vəziyyət partlayış həddindədir”
Hazırda oxunan: Lavrov: “İran–ABŞ münasibətlərində vəziyyət partlayış həddindədir”
594581
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































