"Bitcoin" kəskin UCUZLAŞDI

Hazırda oxunan: "Bitcoin" kəskin UCUZLAŞDI

594566

Son 24 saat ərzində kriptovalyuta bazarında aparıcı aktivlər üzrə qiymətlərdə azalma davam edib.

Bizim.Media bu barədə "Coinmarketcap" platformasına istinadən xəbər verir. Bitcoin 24 saatda 7,37% ucuzlaşaraq 70 766 dollar səviyyəsinə enib.

Ethereum isə sutkalıq bazarda 7,49% geriləyərək 2 101 dollar olub.

Bazarda digər iri aktivlərdə də mənfi dinamika müşahidə edilir. Belə ki, BNB 8,74% ucuzlaşaraq 691 dollar, XRP isə 9,37% enərək 1,44 dollar səviyyəsində ticarət olunur.

Eyni zamanda, Solana qiyməti sutka ərzində 7,16% azalaraq 90,9 dollar, Dogecoin isə 5,78% enərək 0,102 dollar olub.

Stablecoinlərdə isə ciddi dəyişiklik müşahidə olunmur: Tether (USDT) 0,08%, USDC isə 0,01% diapazonunda sabit qalıb.

Analitiklərin fikrincə, kripto bazarındakı sutkalıq eniş əsasən qlobal risk iştahasının zəifləməsi, investorların daha təhlükəsiz aktivlərə yönəlməsi və son günlərdəki yüksəlişdən sonra bazarda mənfəət realizasiyası ilə bağlıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin