Gündüz gecəyə dönəcək: Tarixi hadisənin vaxtı bəlli oldu

Hazırda oxunan: Gündüz gecəyə dönəcək: Tarixi hadisənin vaxtı bəlli oldu

594544

Dünya miqyasında böyük həyəcan yaradan tam Günəş tutulması yaxınlaşır. Bu hadisə zamanı Ay Günəşin qarşısını tamamilə kəsəcək və bəzi bölgələrdə hava bir neçə dəqiqəlik zifiri qaranlığa qərq olacaq.

Bizim.Media xəbər verir ki, bu tarixi hadisə 2026-cı ilin avqust ayında baş tutacaq. Tam tutulma anında Günəşin ətrafında yalnız "tac" (corona) təbəqəsi görünəcək və bu, vizual olaraq möhtəşəm bir mənzərə yaradacaq.

Tutulma geniş bir coğrafiyanı əhatə etsə də, tam qaranlıq zolağı xüsusilə Avropa ölkələrindən (İspaniya, İslandiya, Portuqaliya) keçəcək. Şimali Amerika və Rusiyanın bəzi hissələrindən də bu hadisəni qismən müşahidə etmək mümkün olacaq.

Tam tutulma anında temperatur birdən-birə bir neçə dərəcə düşəcək, quşlar və digər heyvanlar gecə olduğunu zənn edərək səssizləşəcək və ya yuvalarına çəkiləcəklər. Göy üzündə parlaq ulduzlar və planetlər görünməyə başlayacaq. Bu halın bir neçə dəqiqə davam edəcəyi gözlənilir.

Alimlər və mütəxəssislər xəbərdarlıq edir ki, Günəş tutulmasına adi gözlə və ya adi günəş eynəkləri ilə baxmaq göz sağlamlığı üçün ciddi risklər yaradır. Mütləq xüsusi ISO sertifikatlı tutulma eynəkləri istifadə edilməlidir. (Milli.Az) 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin