Əraqçi Tehranın nüvə proqramı ilə bağlı ABŞ-la danışıqların ləğv edilməsini TƏKZİB ETDİ

Hazırda oxunan: Əraqçi Tehranın nüvə proqramı ilə bağlı ABŞ-la danışıqların ləğv edilməsini TƏKZİB ETDİ

594541

İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın nüvə proqramı ilə bağlı ABŞ-la cümə gününə planlaşdırılan danışıqların ləğv edilməsi barədə yayılan məlumatları təkzib edib.

Bizim.Media xəbər verir ki, bu barədə iranlı nazir “X” sosial şəbəkəsindəki hesabında yazıb.
 

“İranın nüvə proqramı üzrə ABŞ-la danışıqlar cümə günü, təxminən saat 10:00-da Maskatda planlaşdırılıb. Bütün zəruri tədbirlərin görülməsi üçün omanlı qardaşlarımıza minnətdaram”, — deyə Əraqçi qeyd edib.


Qeyd edək ki, daha əvvəl Axios portalının jurnalisti Barak Ravid bildirmişdi ki, fevralın 6-na planlaşdırılan ABŞ–İran danışıqları ləğv olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin