ABŞ və İran arasında planlaşdırılan danışıqlar LƏĞV EDİLDİ

Hazırda oxunan: ABŞ və İran arasında planlaşdırılan danışıqlar LƏĞV EDİLDİ

594521

ABŞ və İran arasında fevralın 6-na planlaşdırılan nüvə danışıqları İranın qeyri-nüvə məsələlərini müzakirə etməkdən imtina etməsi səbəbindən ləğv edilib.

Bizim.Media xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

Nəşr yazır ki, ABŞ cümə gününə planlaşdırılan danışıqların əvvəlcədən razılaşdırılmış şərtlərinin dəyişdirilməsinə razı olmadığını İran tərəfinə bildirib. 
 

Qeyd edilib ki, əvvəlcə tərəflər Yaxın Şərq ölkələrinin nümayəndələrinin müşahidəçi qismində iştirakı ilə İstanbulda görüşmək barədə razılığa gəlmişdilər. Lakin ötən gen İran danışıqların Omanda keçirilməsini və ikitərəfli formatda aparılmasını istədiyini açıqlayıb.


“Amerikalı rəsmilər danışıqların yerinin dəyişdirilməsi ilə bağlı xahişi nəzərdən keçirsələr də, çərşənbə günü onu rədd etmək qərarı veriblər”, - mənbə bildirib.

“Biz onlara dedik: ya bu cür, ya da heç cür. Onlar isə cavab verdilər:

‘Yaxşı, onda heç cür’”, — deyə yüksək vəzifəli ABŞ rəsmisi bildirib. Onun sözlərinə görə, əgər iranlılar ilkin formata qayıtmağa hazır olsalar, ABŞ bu və ya gələn həftə görüş keçirməyə hazırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin