Quterreş pandemiyanın sona çatacağı tarixi açıqladı

Hazırda oxunan: Quterreş pandemiyanın sona çatacağı tarixi açıqladı

59442

Peyvənd paylanmasında qeyri-bərabərlik dövrümüzün ən böyük səhvidir, lakin qüvvələri birləşdirməklə dünya COVID-19 pandemiyasına son qoya bilər.

Bizim.Media RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş çərşənbə günü aşağı və orta gəlirli ölkələr üçün koronavirusun müalicəsinə çıxışı təmin edən ACT-Accelerator proqramı üçün vəsaitin toplanması tədbirinin açılışında deyib.

“Peyvəndlərin paylanmasında son irəliləyişlər göstərir ki, resursları birləşdirsək, istədiyimizə nail ola bilərik”, deyə o, qeyd edib.
 

MÖVZU İLƏ BAĞLI:

Quterreş Çinə səsləndi: “BMT müfəttişlərini uyğurların yaşadığı əraziyə buraxın”


BMT Baş katibinin sözlərinə görə, bütün ölkələrin səylərinin birləşdirilməsi və ACT-Accelerator proqramının daha zəngin ölkələr tərəfindən maliyyələşdirilməsi bu il COVID-19 pandemiyasına qalib gəlməyə kömək edəcək. 

“Bu il pandemiyanın sonunu artıq görə bilərik. Biz iqtisadiyyatı yoluna qaytara və dayanıqlı inkişaf məqsədlərini xilas edə bilərik, lakin indi hərəkətə keçməliyik”, - deyə Antonio Quterreş yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin