Yaponiyada kilsədə yanğın nəticəsində dörd nəfər həlak olub

Hazırda oxunan: Yaponiyada kilsədə yanğın nəticəsində dörd nəfər həlak olub

59439
Yaponiyanın Nonoiti şəhərində (Honsü adasının cənubu, İsikava prefekturası) kilsədə baş vermiş yanğın nəticəsində ən azı dörd nəfər, o cümlədən iki uşaq həlak olub. Trend TASS agentliyinə istinadən bu barədə yerli hüquq-mühafizə orqanları məlumat verir.

Polisin məlumatına görə, yanğın monoteist Tenrikyo dininə məxsus kilsədə baş verib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Tenrikyo dini XIX əsrdə Yaponiyada əmələ gəlib. Dünyada bu dinin 2 milyona yaxın məsləkdaşı var, onların əksəriyyəti Yaponiyada yaşayır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin