Egey dənizində kater ilə patrul gəmisi toqquşdu - 14 miqrant həyatını itirdi – FOTO

Hazırda oxunan: Egey dənizində kater ilə patrul gəmisi toqquşdu - 14 miqrant həyatını itirdi – FOTO

594384

Egey dənizindəki Xios adasının şərqində qeyri-qanuni miqrantları daşıyan sürət kateri ilə Yunanıstan Sahil Mühafizəsinin gəmisi toqquşub. Toqquşma nəticəsində 14 nəfər ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "The Guardian" nəşri yayıb.
 

Məlumata görə, toqquşmadan sonra dörd patrul kateri, Hərbi Hava Qüvvələrinin helikopteri və dalğıclardan ibarət şəxsi gəminin iştirakı ilə axtarış-xilasetmə əməliyyatı başlayıb. 24 nəfər xilas edilərək Xios adasında xəstəxanaya çatdırılıb. Həmçinin Sahil Mühafizəsinin iki əməkdaşı da xəstəxanaya yerləşdirilib.


Sahil Mühafizəsi qeyd edir ki, toqquşma anında katerin göyərtəsində neçə nəfərin olduğu hələlik məlum deyil. İtkin düşdükləri ehtimal olunan şəxslərin axtarışı davam edir.

Yunanıstan Yaxın Şərq, Afrika və Asiyadan olan miqrantların Avropa İttifaqına girişi üçün əsas marşrutlardan biri olaraq qalır.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin