Hindistanın “IndiGo” Hava Yolları bu ilin 28 fevralına kimi Azərbaycanla olan bütün uçuşları ləğv edib.
Bizim.Media “demokrat.az”a istinadla xəbər verir ki, Tailandın Phuket adasında istirahətə yollanmış xeyli sayda Azərbaycan vətəndaşları hazırda hava limanında qalıblar.
Reyslərinin ləğvinin səbəbi barədə heç bir məlumat verilmir.
Məsələ ilə bağlı “IndiGo” Hava Yollarından da heç bir cavab ala bilmədik. Şirkətin telefonlarına zəng çatmır.
Qeyd edək ki, Novruz bayramı tətili ilə əlaqədar xeyli sayda Azərbaycan vətəndaşı Hindistan və cənub-şərqi Asiya ölkələrinə “IndiGo” Hava Yollarından tur-paketlər alıblar. Vətəndaşlar yaranmış vəziyyətdən narahatdırlar.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:52 / 03.02.2026
TƏCİLİ! — Uçuşlar ləğv olundu, xeyli sayda Azərbaycan vətəndaşı aeroportda qaldı
Hazırda oxunan: TƏCİLİ! — Uçuşlar ləğv olundu, xeyli sayda Azərbaycan vətəndaşı aeroportda qaldı
Hazırda oxunan: TƏCİLİ! — Uçuşlar ləğv olundu, xeyli sayda Azərbaycan vətəndaşı aeroportda qaldı
594261
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































