Azadlığa buraxılan belaruslu müxalifətçidən Trampa MESAJ

Hazırda oxunan: Azadlığa buraxılan belaruslu müxalifətçidən Trampa MESAJ

594252

Belaruslu müxalifətçi Mariya Kolesnikova ABŞ prezidenti Donald Trampa azadlığa buraxılmasına görə təşəkkür edib və onun siyasi məhbusların mübadiləsi məsələsi ilə məşğul olmağa davam edəcəyinə ümid etdiyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə o, jurnalist Yuri Dudya verdiyi müsahibədə danışıb.

“Buna görə ona təşəkkür edə bilərəm. Məni və digər insanları azad etdiyi üçün. Ümid edirəm ki, bu proses dayanmayacaq… Yalnız “sağ ol” deyə bilərəm”, — deyə Kolesnikova vurğulayıb.

Bununla yanaşı, o, Donald Trampa borclu hiss etmədiyini də qeyd edib.

Onun sözlərinə görə, Tramp müxalifətçiləri onları özünə borclu vəziyyətə salmaq üçün azad etməyib. Kolesnikova əlavə edib ki, siyasi məhbusların mübadiləsi prosesi davam edərsə, o, buna görə Trampa təşəkkür etməyə davam edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin