Simonyan: “Ermənistanla Azərbaycan arasında müharibə səhifəsi bağlanıb”

Hazırda oxunan: Simonyan: “Ermənistanla Azərbaycan arasında müharibə səhifəsi bağlanıb”

594251

Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistanla Azərbaycan arasında müharibə mərhələsinin artıq geridə qaldığını bildirib.

Bizim.Media xəbər verir ki, Factor TV-yə müsahibəsində Simonyan qeyd edib ki, kəskin və gözlənilməz hadisələr baş verməzsə, bu səhifənin yenidən açılması ehtimalı azdır.

“Əgər hər hansı ciddi hadisə baş verməsə, hesab edirəm ki, bu səhifəni yenidən açmayacağıq. Mən bu səhifəni bağlı hesab edirəm”, — deyə o vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan tərəfinin müharibə səhifəsinin bağlandığı və sülh dövrünün başlandığı ilə bağlı təklif və ritorikası cəmiyyət tərəfindən qəbul olunub və müsbət qarşılanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin