Tanınmış alim: “Rusiyada güclü zəlzələ olacaq”

Hazırda oxunan: Tanınmış alim: “Rusiyada güclü zəlzələ olacaq”

59425

Bu il Rusiya regionlarında zəlzələlər gözlənilir - onların ən güclüsü Kuril adalarında və Kamçatkada olacaq.

Bizim.Media xəbər verir ki, bu açıqlama ilə Rusiya Elmlər Akademiyasının Zəlzələlərin Proqnozlaşdırılması Nəzəriyyəsi və Riyazi Geofizika İnstitutunun baş elmi işçisi Vladimir Kosobokov çıxış edib.

"Güclü zəlzələlərin yeri haqda danışsaq, təbii ki, bura Kuril adaları, Kamçatkadır. Çünki dünyanın ən güclü zəlzələləri orada baş verir”, - V.Kosobokov vurğulayıb.

Eyni zamanda, o, konkret məlumat verə bilməyəcəyini, mövcud məlumatlara əsaslanaraq dəqiq proqnoz vermək mümkün olmadığını vurğulayıb. (Axar.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin