SON DƏQİQƏ: Rusiya–Ukrayna mümkün atəşkəsinin icra mexanizmi razılaşdırıldı

Hazırda oxunan: SON DƏQİQƏ: Rusiya–Ukrayna mümkün atəşkəsinin icra mexanizmi razılaşdırıldı

594222

Ukrayna Avropa ölkələri və ABŞ ilə birlikdə Rusiya ilə mümkün atəşkəsin icrasına dair çoxmərhələli mexanizm üzrə razılıq əldə edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Reuters agentliyi Financial Times nəşrinə istinadən yayıb.

Məlumata görə, razılaşdırılan plana əsasən, atəşkəsin pozulması halında mərhələli cavab mexanizmi tətbiq olunacaq. Birinci mərhələdə diplomatik xəbərdarlıq və siyasi təzyiq nəzərdə tutulur. Pozuntular davam edərsə, Ukrayna ordusunun cavab verməsi və Avropa ölkələrinin də daxil olduğu “istəklilər koalisiyası”nın prosesə qoşulması planlaşdırılır. Daha ağır eskalasiya halında isə ABŞ-ın koordinasiyalı dəstək verməsi istisna edilmir.

Sənəddə məqsədin Rusiyanın atəşkəsi pozmasının qarşısını almaq və mümkün razılaşmanın real şəkildə işləməsini təmin etmək olduğu vurğulanır.

Bununla paralel olaraq, Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya son günlər energetika infrastrukturu üzrə atəşkəsə əsasən əməl edir. Onun sözlərinə görə, bu, qarşıdakı sülh danışıqları üçün ehtiyatlı nikbinlik yaradır.

Qeyd edək ki, söhbət hələlik tammiqyaslı sülh sazişindən deyil, mümkün atəşkəsin icra və nəzarət mexanizmlərinin əvvəlcədən razılaşdırılmasından gedir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin