Tehran bazarında güclü yanğın - VİDEO

Hazırda oxunan: Tehran bazarında güclü yanğın - VİDEO

594221

İran paytaxtının şimalında yerləşən Cənnət bazarında güclü yanğın olub.

Bizim.Media xəbər verir ki, bu barədə Tehran yanğından mühafizə xidmətinin nümayəndəsi Cəlal Maliki SNN telekanalına bildirib.

Onun sözlərinə görə, yanğın çoxsaylı köşklərin və ticarət çadırlarının yerləşdiyi təxminən 2000 kvadratmetr sahəni əhatə edib.

Hadisə yerində yanğınsöndürmə avtomobilləri, su sisternləri və oksigen balonları da daxil, lazımi avadanlıqlarla təchiz edilmiş beş yanğınsöndürmə bölməsi işləyir.

Maliki əlavə edib ki, hələlik zərərçəkənlər barədə məlumat yoxdur.

Tehran vilayətinin təcili yardım xidmətinin nümayəndəsi Şervin Təbrizi isə öz növbəsində bildirib ki, hadisə yerində bir neçə təcili yardım maşını növbətçilik edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin