Qırğızıstanın əhalisi 7 milyon 395 min nəfərə çatdı

Hazırda oxunan: Qırğızıstanın əhalisi 7 milyon 395 min nəfərə çatdı

594211

Qırğızıstanın əhalisi 1 dekabr 2025-ci il tarixinə olan hesablamalara görə, 7 milyon 395 min nəfərə çatıb.

Bizim.Media Qırğızıstanın Kabar informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin yanvar-noyabr aylarında ölkə əhalisi 112 min 800 nəfər, yəni 1,5 faiz artıb. Həmin dövrdə 127 min 800 yeni doğulan uşaq, 29 min 300 ölüm qeydə alınıb.

Ən yüksək təbii artım Batken, Oş və Cəlalabad bölgələrində, ən aşağı isə Bişkekdə müşahidə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin