ABŞ rəsmiləri Rusiyaya məxsus İl-76 hərbi-nəqliyyat təyyarəsinin Kubanın San-Antonio-de-los-Banyos hərbi aerodromuna enməsi ilə bağlı narahatlıq ifadə ediblər.
Bizim.Media xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, sözügedən təyyarə 2025-ci ilin oktyabr ayının sonlarında Vaşinqtonla Karakas arasında münasibətlərin gərginləşdiyi dövrdə Venesuela, Nikaraqua və Kubaya reyslər həyata keçirib. Materialda ABŞ nümayəndələri və analitiklərin regionda Rusiya aviasiyasının fəallaşmasından narahat olduqları vurğulanır.
Eyni zamanda qeyd olunur ki, təyyarənin son səfəri zamanı daşınan yükün xarakteri məlum deyil.
Qeyd edək ki, San-Antonio-de-los-Banyos aerodromu paytaxt Havanadan təxminən 50 kilometr cənubda yerləşir. İl-76 təyyarələri isə adətən hərbi texnika və şəxsi heyətin daşınması üçün istifadə olunur.
Xatırladaq ki, yanvarın 30-da Kubada ABŞ-ın hərəkətlərinə görə fövqəladə vəziyyət elan edilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:23 / 03.02.2026
Rusiya təyyarəsi bu ölkəyə girdi: Nə baş verir?
Hazırda oxunan: Rusiya təyyarəsi bu ölkəyə girdi: Nə baş verir?
Hazırda oxunan: Rusiya təyyarəsi bu ölkəyə girdi: Nə baş verir?
594151
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































