Böyük Britaniya İranın daxili işlər naziri, briqada generalı İsgəndər Momeni başda olmaqla, ümumilikdə 10 fiziki şəxs və 1 təşkilata qarşı yeni sanksiyalar tətbiq edib.
Bizim.Media xəbər verir ki, bu barədə Britaniya hökuməti məlumat yayıb.
Məlumata görə, sanksiya siyahısına daxil edilənlər arasında Momeni ilə yanaşı ölkənin bir neçə yüksək rütbəli polis rəisi və hüquq-mühafizə orqanlarının əməkdaşları da var.
Məhdudiyyətlər çərçivəsində siyahıdakı şəxslərin Britaniyadakı aktivləri dondurulub, onların ölkəyə girişinə qadağa qoyulub və Böyük Britaniya yurisdiksiyasında olan şirkətlərdə rəhbər vəzifə tutması da qadağan edilib.
Bizim.Media



































































































