Britaniya rusiyalı diplomatın akkreditasiyasını LƏĞV ETDİ

Hazırda oxunan: Britaniya rusiyalı diplomatın akkreditasiyasını LƏĞV ETDİ

594100

Böyük Britaniya casusluq ittihamlarından sonra “qarşılıqlı” tədbirlər çərçivəsində rusiyalı diplomatın akkreditasiyasını ləğv edib.

Bizim.Media xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Nəşr yazır ki, ötən ay Rusiya britaniyalı diplomatın akkreditasiyasını ləğv edərək onu Böyük Britaniyanın kəşfiyyat xidmətlərinin fəaliyyəti ilə əlaqədə günahlandırmışdı.
 

“Rusiya səfirini XİN-ə çağıran Böyük Britaniya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli rəsmisi açıq şəkildə bildirdi ki, Böyük Britaniya britaniyalı səfirlik əməkdaşlarının hədələnməsinə dözməyəcək və buna görə də bu gün rusiyalı diplomatın akkreditasiyasını geri çağırmaqla cavab tədbiri görür..


Rusiyanın davamlı şəkildə Böyük Britaniyanın diplomatik nümayəndəliklərinin fəaliyyətini pozmağa və Ukraynaya verdiyimiz dəstəyə mane olmağa çalışması dərin məyusluq doğurur.

Rusiyanın atacağı istənilən əlavə addım eskalasiya kimi qiymətləndiriləcək və buna uyğun cavab veriləcək”, — deyə Böyük Britaniya XİN-in nümayəndəsi bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin