Almaniyada pivə istehlakı rekord həddə azalıb.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, 2025-ci ildə Almaniyada cəmi 7,8 milyard litr pivə satılıb.
Bu isə statistikanın aparılmağa başladığı 1993-cü ildən bəri qeydə alınan ən aşağı göstəricidir.
Ümumilikdə isə Almaniyada son 10 ildə pivə istehlakının həcmində müntəzəm olaraq azalma qeydə alınıb.
Oettinger şirkətinin baş direktoru Stefan Blaşakın sözlərinə görə, Almaniyada pivə zavodları kütləvi iflas təhlükəsi ilə üzləşib. Buna səbəb kimi almanların daha az pivə içməsi və sağlam həyat tərzinə üstünlük verməsi göstərilib.
Bizim.Media


































































































