Rusiya İrandan zənginləşdirilmiş uranı çıxarmaq istəyir

Hazırda oxunan: Rusiya İrandan zənginləşdirilmiş uranı çıxarmaq istəyir

594041

Moskva Tehranın nüvə proqramı ətrafında beynəlxalq gərginliyin azaldılması tədbirlərinin bir hissəsi kimi İrandan zənginləşdirilmiş uranın Rusiyaya çıxarılması imkanını nəzərdən keçirməyə hazırdır. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidenti Administrasiyasının mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, bu məsələ uzun müddətdir gündəmdədir və Rusiya belə bir variantı xidmət kimi kifayət qədər əvvəl təklif edib:

“Bu, bir sıra ölkələr üçün müəyyən qıcıqlandırıcı amillərin aradan qaldırılmasına gətirib çıxara biləcək mümkün variantlardan biridir,” — deyə Peskov brifinq zamanı qeyd edib.

O vurğulayıb ki, Rusiya Tehran və Vaşinqton da daxil olmaqla bütün maraqlı tərəflərlə məsləhətləşmələri davam etdirir və deeskalasiyaya töhfə verməyə hazır olduğunu bildirir:

“Hazırda Rusiya səylərini davam etdirir, bütün maraqlı tərəflərlə əlaqələri qoruyur və imkanları çərçivəsində İran ətrafında gərginliyin azaldılmasına kömək etməyə çalışır,” — deyə mətbuat katibi əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin