Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

Hazırda oxunan: Sudanın paytaxtına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş endi

593931

Sudanın paytaxtı Xartumdakı Xartum Beynəlxalq Hava Limanına 1023 gündən sonra ilk dəfə sərnişin təyyarəsi eniş edib.

Bizim.Media xəbər verir ki, bu barədə Sudanın rəsmi xəbər agentliyi məlumat yayıb.

Xartum Beynəlxalq Hava Limanı şərqi Sudanın Port Sudan şəhərindən gələn Sudan Hava Yollarına məxsus sərnişin təyyarəsini qarşılayıb.
 

Beləliklə, 2023-cü il aprelin 15-dən sonra Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında toqquşmaların başlamasından bəri ilk dəfə paytaxt Xartuma sərnişin təyyarəsi enib. Bu addım Xartum Hava Limanına uçuşların yenidən başlamasını göstərir.


Bundan əlavə, Sudanın Baş naziri Kamil İdris və bəzi nazirlər eyni təyyarə ilə Xartumdan Port Sudana uçublar.

Qeyd edək ki, 2023-cü ildən bəri Sudanda ordu ilə RSF arasında baş verən münaqişələr on minlərlə sudanlının ölümünə və təxminən 13 milyon insanın didərgin düşməsinə səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin