Malayziya sahillərində qanunsuz neft yükləyən iki tanker saxlanıldı

Hazırda oxunan: Malayziya sahillərində qanunsuz neft yükləyən iki tanker saxlanıldı

593919

Ötən həftə Malayziya hökuməti gəmidən gəmiyə qeyri-qanuni neft ötürməkdə şübhəli bilinən iki tankeri saxlayıb və təxminən 130 milyon dollar dəyərində xam nefti müsadirə edib.

Bizim.Media bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
 

Gəmilər Penanq ştatındakı Muka-Hed burnundan 24 dəniz mili qərbdə saxlanılıb. Tankerlərdə Çin, Myanma, İran, Pakistan və Hindistan vətəndaşları olmaqla cəmi 53 ekipaj üzvü olub. Tankerlərin kapitanları həbs ediliblər.


Qeyd edək ki, Malayziya suları dənizdə tankerlər arasında neftin qanunsuz şəkildə yerdəyişməsi əməliyyatlarının mütəmadi həyata keçirildiyi ərazi kimi tanınır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin