Təbrizdə azərbaycanlı tələbə saxlanıldı

Hazırda oxunan: Təbrizdə azərbaycanlı tələbə saxlanıldı

593838

Təbriz Universitetinin Tibb Elmləri üzrə İslam Tələbələri Cəmiyyətinin yaydığı məlumata əsasən, Təbrizin İslam İncəsənətləri Universitetinin son kurs tələbəsi, Tikantəpə (Tekab) rayonundan olan azərbaycanlı tələbə Əhmədrza Əfşarinejad saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” Telegram kanalı yazıb.
 

Bildirilir ki, Əhmədrza Əfşarinejad Təbriz bazarı ərazisində yerləşən iş yerindən çıxarkən təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hazırda onun Təbriz həbsxanasında saxlanıldığı qeyd olunur.


Xəbərin hazırlandığı vaxta qədər tələbənin saxlanılma səbəbləri, ona qarşı irəli sürülən ittihamlar və hüquqi vəziyyəti ilə bağlı rəsmi qurumlar tərəfindən heç bir məlumat açıqlanmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin