Epşteyn sənədlərinə görə slovakiyalı diplomat istefa verdi

Hazırda oxunan: Epşteyn sənədlərinə görə slovakiyalı diplomat istefa verdi

593825

Yeni dərc olunmuş Epşteyn sənədlərində Slovakiya baş naziri Robert Fitsonun xarici işlər və milli təhlükəsizlik üzrə müşaviri Miroslav Layçakın da adı keçib.

Bizim.Media xəbər verir ki, Slovakiya Xəbər Agentliyinin (TASR) məlumatına görə, Slovakiya müxalifət partiyaları yeni Epşteyn sənədlərində adı çəkildikdən sonra Layçakın istefasını tələb edən birgə bəyanat yayıblar.

Daha sonra Layçak istefa ərizəsini baş nazir Fitsoya təqdim edib və Fitso da onun istefasını qəbul edib.
 

Layçakın Epşteynlə yazışmalarının tez-tez şəxsi xarakter daşıdığı və bu söhbətlərin qadınlar və geosiyasi məsələlərdi də daxil olmaqla geniş mövzuları əhatə etdiyi bildirilir.


Epşteynin o vaxtlar Slovakiya xarici işlər naziri olan Layçakı evinə dəvət etdiyi də iddia olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin