Ermənilərin daimi qorxusu - FOTO

Hazırda oxunan: Ermənilərin daimi qorxusu - FOTO

59359
Ermənistan milli statistika xidmətinin dərc etdiyi rəqəmlərə görə paytaxt İrəvan əhalisi daimi aclıq içindədir. 

Məlumata görə, oktyabrın ortalarında açıqlanmış “Ermənistan Respublikasının mərzləri və İrəvan rəqəmlərdə” hesabatında İrəvanla yanaşı Armavir (Qəmərli), Qeqarkunik (Göyçə), Ararat (Vedibasar), Şirak (Ağbaba), Sünik (Zəngəzur) və Kotayk (Alagöz) mahallarının da sakinlərinin daimi bioloji aclıq içində olduğunu görmək mümkündür. 

Statistika xidmətinin məlumatına görə, insanın aclıq keçirməməsi üçün gün ərzində 2232 kilokalori enerji qəbul etməlidir. Bundan aşağı olduqda isə insan davamlı aclıq keçirir, orqanizm əriyir və s. Statistika xidmətinin məlumatına görə, Ermənistan əhalisi 2013-cü ildə gündəlik 142 kilokalori və ya 6% az enerji qəbul edib.

Hesabatda iki mahalın - Vayotsdzor (Dərələyəz) və Lori (Pəmbək) mahallarının sakinlərinin bioloji minimumdan artıq ərzaq qəbul etdikləri vurğulanır. Amma erməni mətbuatı hər iki mahalın sənaye və kənd təsərrüfatı istehsalında geri qaldığını bildirir və həmin mahalların rəhbərliyinin rəqəmləri şişirdirtdiyini düşünür. (anspress)



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin