Ukrayna polisi Kiyevdə dövlət və təhsil müəssisələrinin minalanması barədə məlumat ALDI

Hazırda oxunan: Ukrayna polisi Kiyevdə dövlət və təhsil müəssisələrinin minalanması barədə məlumat ALDI

593565

Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Kiyevdəki bir neçə dövlət qurumuna, təhsil müəssisələri və digər inzibati binaların minalanması barədə məlumat alıblar.

Bizim.Media xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna" Kiyev polisinə istinadən məlumat yayıb.

Bildirilib ki, bu məlumat hazırda araşdırılır.

“Qeyd etmək lazımdır ki, bu cür mesajlar çox vaxt düşmənin növbəti informasiya hücumudur. Lakin buna baxmayaraq, hər bir ünvan polis tərəfindən diqqətlə araşdırılır. Yoxlamaya partlayıcı maddə mütəxəssisləri və kinoloji itlər cəlb olunub”, - Kiyev polisi özünün Telegram kanalında bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin