Sibiqa Aİ-nin İrana qarşı sanksiyalarını ALQIŞLADI

Hazırda oxunan: Sibiqa Aİ-nin İrana qarşı sanksiyalarını ALQIŞLADI

593485

Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Aİ-nin İrana qarşı yeni sanksiyalarını alqışlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə ukraynalı nazir rəsmi “X” hesabında paylaşım edib.
 

“Avropa İttifaqının (Aİ) Xarici İşlər Şurasının İrana qarşı insan haqlarının kobud şəkildə pozulmasına və Rusiyanın təcavüzünə hərbi dəstək göstərməsinə görə sanksiyaların gücləndirilməsi, Rusiyaya qarşı müharibə, təbliğat və beynəlxalq təhlükəsizliyin pozulmasına görə, həmçinin Sudanda zorakılıq və sabitliyin pozulmasına görə məsul şəxslərə qarşı sanksiyalarla bağlı qərarlarını alqışlayıram.


Davamlı sanksiya təzyiqi aqressiyanın qarşısının alınması və beynəlxalq hüquqa əməl olunması üçün ən mühüm vasitədir”, - Sibiqa yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin