Tramp: “Putindən xahiş etdim ki, Kiyevi və digər şəhərləri bir həftə bombalamasın”

Hazırda oxunan: Tramp: “Putindən xahiş etdim ki, Kiyevi və digər şəhərləri bir həftə bombalamasın”

593474

“Ekstremal soyuqlar var,  bizimkilə eyni. Bu səbəbdən mən şəxsən Prezident Putindən xahiş etdim ki, Kiyevi və digər şəhərləri bir həftə bombardman etməsin”.

Bizim.Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp keçirdiyi brifinq zamanı bildirib.

Bu fövqəladə vəziyyət idi. Bu sadəcə soyuq deyil, rekord dərəcədə aşağı temperaturdur. Orada da vəziyyət eynidir, hava pisdir, daha pis ola bilməz.
 

Onlar dedilər ki, belə soyuğu heç vaxt yaşamayıblar. Və mən şəxsən Prezident Putindən xahiş etdim ki, Kiyevi və digər şəhərləri bir həftə bombardman etməsin. O, razılaşdı. Və deməliyəm ki, bu çox xoş oldu.


Çoxları deyirdi: “buna ümid etmə, sən bacarmayacaqsan”. Amma o, xahişimi qəbul etdi və biz çox şad olduq. Çünki bütün bunlardan əlavə, indi onların şəhərlərinə raketlərin düşməsinə ehtiyac yoxdur. Sadəcə demək istəyirdim ki, bu çox, çox yaxşı qərar oldu”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin