Ukrayna Prezidenti Volodimir Zelenski ən vacib məsələlərin müzakirəsi üçün Rusiya Prezidenti Vladimir Putinlə görüşməyə hazırdır.
Bizim.Media xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının onlayn iclası zamanı bildirib.
Onun sözlərinə görə, Zelenski Putinlə görüşməyə və xüsusilə ərazilər və Zaporojye AES məsələləri daxil olmaqla ən vacib mövzuları müzakirə etməyə hazırdır:
“Lakin Kreml tərəfindən səsləndirilən açıq reaksiyalar bir daha göstərdi ki, Putin aqressiyanı dayandırmağa hazır deyil”.
Nazir həmçinin bildirib ki, hazırda Ukrayna və ABŞ tərəfləri yaxın vaxtlarda keçiriləcək növbəti üçtərəfli görüşə hazırlıq aparır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:23 / 29.01.2026
Ukrayna XİN: “Zelenski Putinlə görüşməyə hazırdır”
Hazırda oxunan: Ukrayna XİN: “Zelenski Putinlə görüşməyə hazırdır”
Hazırda oxunan: Ukrayna XİN: “Zelenski Putinlə görüşməyə hazırdır”
593441
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































