Lavrov azərbaycanlı jurnalistə müsahibə verdi - VİDEO

Hazırda oxunan: Lavrov azərbaycanlı jurnalistə müsahibə verdi - VİDEO

593396

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə mediasına geniş müsahibə verib.

Bizim.Media xəbər verir ki, Lavrovdan Türkiyə mediası üçün ilk üzbəüz müsahibəni qardaş ölkədə yaşayan tanınmış azərbaycanlı jurnalist Sevil Nuriyeva alıb. Lavrov jurnalistin Ukrayna müharibəsi, Türkiyə-Rusiya, ABŞ-Rusiya münasibətlərinə və digər mövzulara dair suallarını cavablandırıb.

Müsahibə bu axşam Bakı vaxtı ilə 19.00-da TGRT-də yayınlanacaq.

Sevil Nuriyeva uzun müddət Azərbaycanda ANS telekanalının aparıcısı olub. Daha sonra Türkiyəyə köçüb, "Star" qəzetində işləyib, digər media quruluşları ilə əməkdaşlıq edib. O, hazırda jurnalist fəaliyyətini "Türkiye" qəzetinin yazarı kimi davam etdirir. (Modern.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin