Azərbaycan rusiyalıların ən çox səyahət etdiyi ilk ÜÇLÜKDƏ

Hazırda oxunan: Azərbaycan rusiyalıların ən çox səyahət etdiyi ilk ÜÇLÜKDƏ

593389

2025-ci ildə Rusiyanın Vətən Müdafiəçisi Günü və Beynəlxalq Qadınlar Gününün qeyd edilməsi zamanı Azərbaycan rusiyalılar üçün ən populyar beynəlxalq səyahət istiqamətləri arasında üçüncü yeri tutub.

Bizim.Media xəbər verir ki, “Tutu” səyahət xidmətinin araşdırmasına görə, 23 fevral tarixinə olan məlumatda rusiyalıların bütün beynəlxalq səyahətlərinin 5 faizinin Azərbaycana məxsus olduğu və ölkəmizin reytinqdə üçüncü yeri tutduğu bildirilir. Belarus 27 faizlik payla siyahıya liderlik edib, Özbəkistan isə ikinci yeri tutub (12%).

Beynəlxalq Qadınlar Gününün qeyd edilməsi zamanı da Azərbaycan 7 faizlik göstərici ilə beynəlxalq reytinqdə üçüncü yerini qoruyub saxlayıb. Belarus yenə də birinci, Özbəkistan isə ikinci yeri tutub. Türkiyə, Qazaxıstan və Gürcüstan da populyar istiqamətlər arasında yer alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin