ABŞ-ın təşəbbüsü ilə aparılan Ukrayna–Rusiya sülh danışıqları üç əsas məsələ üzərində dalana dirənib: ərazi məsələsi, təhlükəsizlik zəmanətləri və atəşkəsin vaxtı.
Bizim.Media xəbər verir ki, bu barədə Politico yazıb.
Əsas mübahisə Rusiyanın Donbasın tam verilməsini tələb etməsi ilə bağlıdır. Ukrayna bunu qəbulolunmaz sayır. Digər problem Ukrayna üçün müharibədən sonrakı təhlükəsizlik təminatlarıdır — Moskva NATO qüvvələrinin ölkədə yerləşdirilməsinə qarşıdır.
Üçüncü fikir ayrılığı isə atəşkəsin razılaşmadan əvvəl, yoxsa sonra elan ediləcəyi məsələsidir: Kiyev dərhal atəşkəs istəyir, Moskva isə əvvəl razılaşma tələb edir.
Ekspertlər bildirir ki, Ukrayna kompromisə daha açıqdır, Rusiya isə prosesi uzatmağa çalışır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:18 / 29.01.2026
Trampın sülh planı dalana dirəndi: Ukrayna–Rusiya danışıqlarında 3 əsas problem
Hazırda oxunan: Trampın sülh planı dalana dirəndi: Ukrayna–Rusiya danışıqlarında 3 əsas problem
Hazırda oxunan: Trampın sülh planı dalana dirəndi: Ukrayna–Rusiya danışıqlarında 3 əsas problem
593337
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































