ABŞ hakimiyyəti yanvar ayının əvvəlində ələ keçirilən tankerlərdən birini Venesuelaya təhvil verəcək.
Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi adı açıqlanmayan iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Agentliyin mənbələrinə görə, söhbət 7 yanvarda Karib dənizindəki beynəlxalq sularda ələ keçirilən "Sophia" supertankerindən gedir.
"Reuters" vurğulayır ki, bu, ABŞ administrasiyasının Venesuelaya qaytardığı ilk saxlanılan tankerdir. Onlar bu qərarın əsasını izah etməyiblər.
Qeyd edək ki,Panama bayrağı altında üzən gəmi saxlanıldıqda, Ağ Evin mətbuat katibi Kerolin Levitt onun heç bir ölkəyə məxsus olmadığını elan etmişdi. Növbəti gün Panama Dəniz Administrasiyası Sofiya-nın 2025-ci ilin yanvar ayında gəmilərin milli reyestrindən çıxarıldığını açıqlayıb.
2025-ci ilin dekabr ayından bəri ABŞ hakimiyyəti Karib dənizində və Şimali Atlantikada yeddi tankeri saxlayıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:55 / 29.01.2026
ABŞ ələ keçirdiyi tankerlərdən birini Venesuelaya qaytardı
Hazırda oxunan: ABŞ ələ keçirdiyi tankerlərdən birini Venesuelaya qaytardı
Hazırda oxunan: ABŞ ələ keçirdiyi tankerlərdən birini Venesuelaya qaytardı
593319
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































