Çin Rusiyaya “Oreşnik” istehsalında kömək edir - KİV

Hazırda oxunan: Çin Rusiyaya “Oreşnik” istehsalında kömək edir - KİV

593284

Çin Rusiyaya “Oreşnik” raketlərinin istehsalında kömək edir.

Bizim.Media xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazıb.
 

Nəşrin məlumatına görə, Çin Rusiyaya nüvə döyüş başlıqlı hipersəs raketlərinin istehsalında istifadə olunan alət və avadanlıqlar tədarük edir.


Söhbət, xüsusilə, “Oreshnik” raketindən gedir.

Qeyd edilir ki, bu raketlərdə quraşdırıla bilən döyüş başlıqlarının hazırlanması üçün Çin tərəfindən Rusiyaya ötürülmüş ixtisaslaşmış dəzgah və alətlərdən istifadə olunur. Qəzetin məlumatına əsasən, ötürülən avadanlığın ümumi dəyəri 10,3 milyard dollar təşkil edir. Dəzgahlardan əlavə, Pekin Kremlə müxtəlif ehtiyat hissələri və mikroçiplər də göndərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin