İraq parlamenti prezident seçkilərinin keçirilməsini qeyri-müəyyən müddətə təxirə salıb.
Bizim.Media xəbər verir ki, bu barədə İrakın dövlət informasiya agentliyi INA məlumat yayıb.
Qərar dövlət başçısının seçilməsinin planlaşdırıldığı iclasın çağırılmasından sonra qəbul edilib.
Parlamentin sədri Məhəmməd əl-Həlbusi bildirib ki, təxirəsalma ilə bağlı müraciət Kürdüstan Demokrat Partiyası və Kürdüstan Vətənpərvər İttifaqı tərəfindən edilib.
Onlar tərəflər arasında razılaşmaların əldə olunması üçün əlavə vaxta ehtiyac olduğunu qeyd ediblər.
Bizim.Media































































































