Rubio Kiyevin təhlükəsizlik zəmanətlərindən DANIŞDI: “Avropalılar ön xəttdə, ABŞ isə arxa cəbhədə”

Hazırda oxunan: Rubio Kiyevin təhlükəsizlik zəmanətlərindən DANIŞDI: “Avropalılar ön xəttdə, ABŞ isə arxa cəbhədə”

593264

“Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı ümumi razılaşmalar artıq formalaşdırılıb. Hazırda təhlükəsizlik zəmanətləri ilə bağlı çoxlu müzakirələr gedir və Ukrayna məsələsində bu, artıq ümumi razılaşma predmetidir”. 

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Senatın beynəlxalq münasibətlər komitəsində çıxışı zamanı bildirib.
 

“Lakin bu təhlükəsizlik zəmanətləri əsasən kiçik bir Avropa hərbi kontingentinin — ilk növbədə fransızların yerləşdirilməsini, daha sonra isə ABŞ tərəfindən dəstəyi nəzərdə tutur”, — Rubio deyib.


Dövlət katibinin sözlərinə görə, Kiyev üçün bu cür zəmanətlərin ümumi arxitekturası faktiki olaraq Vaşinqtonun iştirakı ətrafında qurulur.

O, həmçinin qeyd edib ki, ABŞ-nin müttəfiqləri son illərdə öz müdafiə imkanlarına kifayət qədər sərmayə yatırmayıblar və buna görə də Amerikanın dəstəyi olmadan bu cür təhlükəsizlik zəmanətlərini təmin etmək iqtidarında deyillər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin