ŞOK KƏŞF: Delfinlər də insanlar kimi bir-birinə ad qoyurlar

Hazırda oxunan: ŞOK KƏŞF: Delfinlər də insanlar kimi bir-birinə ad qoyurlar

593235

Canlılara, hətta bəzi əşyalara belə şəxsi ad vermək sırf insana məxsus xüsusiyyət kimi görünür. Lakin alimlərin araşdırmaları göstərir ki, bəzi heyvanlar da ad anlayışını dərk edə və bir-birlərinə adla müraciət edə bilərlər.

Bizim.Media xəbər verir ki, bu barədə amerikalı təkamül bioloqu Skott Trevers Forbes üçün yazdığı müəllif məqaləsində qeyd edir.

O bildirir ki, insanlar üçün ən ağıllı canlılardan biri hesab edilən delfinlər klik səslərindən tutmuş yüksək tezlikli fit səslərinə qədər olduqca zəngin səs repertuarına malikdirlər. Görünür ki, delfinlər bəzi səs kombinasiyalarını bizim adlardan istifadə etdiyimiz kimi işlədirlər.
 

Trevers 2006, 2013 və 2023-cü illərə aid araşdırmalara istinad edərək, alimlərin delfinlərin ünsiyyətində bu xüsusiyyəti araşdırdıqlarını qeyd edir. Maraqlı məqamlardan biri isə delfinlərin yalnız özlərinə məxsus unikal səs kombinasiyaları yaratmaları deyil, həm də digər delfinlərin xarakterik fitlərini təqlid edə bilmələridir. Üstəlik, delfinlər bu səslərə insanlar tərəfindən yazılıb texniki vasitələrlə səsləndirildikdə də eyni cür reaksiya verirlər.


Bununla yanaşı, Trevers vurğulayır ki, delfinlərin “danışıq” sistemi quruluş baxımından insan nitqinə heç də bənzəmir, bu səbəbdən insan adları ilə delfinlərin “adları” arasında müqayisə müəyyən qədər şərtidir.

“Delfinlərin fit səsləri əlifba və ya simvolik struktur əsasında qurulmayıb; onlar bizim adlarımız kimi emosional və ya mənaca yüklü şəkildə istifadə edilmir. Buna baxmayaraq, mövcud məlumatlar göstərir ki, onların fərdi fit səslərindən istifadəsi referensial xarakter daşıyır: bir delfinin səsi digər delfin üçün həmin fərdi təmsil edə bilər — eynilə biz insanların söhbət zamanı kiməsə adla müraciət etməyiniz kimi,” — deyə alim yazıb.

İnsan və delfin adları arasındakı əsas fərq bu adların necə yaranması ilə bağlıdır. İnsanlarda valideynlər uşağa şərti olaraq “təsadüfi” səslər birləşməsindən ibarət bir ad verirlər. Delfinlərdə isə vəziyyət fərqlidir: hər bir delfin böyümə və sosial təcrübə qazanma prosesində özünəməxsus səsli “imza” formalaşdırır. Digər delfinlərin istifadə edə bildiyi bu “imza” isə müəyyən mənada ad rolunu oynayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin